Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Biləcəri qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Nuriyeva G. Rasim qızı sevgilisi ilə mübahisə zamanı üzündən və boyun nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

.