Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.
BŞİH-nin Ticarət və Xidmət Departamentindən verilən məlumata görə, yarmarka çadırları əsasən metro stansiyalarının qarşısında quraşdırılıb.
Bildirilib ki, "Bakı Metropoliteni"inin Nəriman Nərimanov stansiyasının fərqli giriş-çıxışlarında 5 yarmarka çadırı var. Paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də "28 May”, "Memar Əcəmi”,"İnşaatçılar” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir.
Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar satılır.
.
