Bakının mərkəzində bir qrup qadının təşkil etdiyi aksiya yüksək təhlükəsizlik şəraitində başa çatıb.

Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Məlumata görə, saxlanılan yoxdur.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Bakıda Fəvvarələr Meydanında (“McDonalds”-ın qarşısından) “8 marş - Susa bilmirik!” şüarı ilə yürüş keçirib.


 

.