Bakıda 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramına tədris ili başa çatan kimi start verilib.

AAYDA-dan  verilən xəbərə görə, bu günədək 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15 küçədə isə işlər davam edir.

“Yeni tədris ili başlamazdan əvvəl şəhərin mərkəzi hissəsini əhatə edən Yasamal, Nərimanov, Səbail, Nəsimi və Xətai rayonlarında proqram üzrə nəzərdə tutulan işlər tam başa çatdırılıb”, - məlumatda qeyd olunub.

.