Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"2026-cı ilin ilk regional səfəri: Azərbaycanın Qax rayonunun icra başçısı Elvin Paşayevlə məhsuldar görüş. Görüşün məqsədi Çernomorsk və Qax arasında əlaqələrin yenilənməsi və Ukrayna ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın genişləndirilməsidir", - diplomat yazıb.

 

.