Nasaz avtomobil Bakı-Sumqayıt yolunda zəncirvari qəzaya səbəb olub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 06:00 radələrində, Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, E.Abdullayev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi "VAZ" markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən "KİA" markalı avtomobillə toqquşub.

Nəticədə A.Quliyev xəsarət alıb. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, bu gün saat 06:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

.