Avqustun 1-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə"Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 1-dən 11-dək– 10 (on) gün müddətinə - Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.azsaytından əldə edə bilərsiniz.

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

BAKI-SUMQAYIT-BAKI ELEKTRİK QATARLARININ HƏRƏKƏT

C Ə D V Ə L İ


.