
Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan TIR sürücüsü ölüb.
Bu barədə DİN-dən məlumat verilib.
1992-ci il təvəllüdlü Elçin Atayev yerləşdirildiyi Siyəzən Müalicə Diaqnostika Mərkəzində keçinib.
***
Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
1992-ci il təvəllüdlü olan şəxsin müalicəsinə Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.
***
Bakı-Quba yolunun 98-ci kilometrlitində (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.
İkin məlumata görə, 6 nəfər ölüb, xəsarət alanlar var. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xilasetmə tədbirləri görülür.
.