Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində ik nəfər dünyasını dəyişib, 4 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu gün səhər saatlarında Bakı-Quba yolunda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

Minik avtomobilinin sürücüsü, 1951-ci il təvəllüdlü Abdulov Abdul Rəsul oğlu xəstəxanada keçinib.

Qəza nəticəsində mikroavtobusda olan Elvin adlı sərnişin də ölüb.

1978-ci il təvəllüdlü Aynurə Abbasova, 1978-ci il təvəllüdlü Səriyyə Haşımova, 1995-ci il təvəllüdlü Sübhanı Talıblı və 1998-ci il təvəllüdlü Şəhriyar Musayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

.