Bakının Qaradağ rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax şossesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb.

Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nağıyev Nadir Habil oğlu və 22 yaşlı Ələkbərzadə Sadiq Eduard oğlu ağır xəsarətlər alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

.