Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
***
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
***
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barəd "Bakı Metropoliteni" QSC-dən bildirilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
.
