Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Avropa ölkələrini hörümçək toru kimi ağuşuna almış çoxprofilli biznes şəbəkəsinin daha bir qolu üzə çıxıb.Virtualaz.org internet mənbələrindən araşdırıb ki, nazir işləyəndə özünü az qala hökumətin yeganə təmiz üzvü və "ən fağır naziri” kimi tanıda bilmiş cənab Bağırovun ailə üzvlərinin Böyük Britaniya, Almaniya, Avstriya, Kipr, Çexiya, Türkiyə ilə yanaşı Latviyada da iri biznesləri var. Bu barədə məlumatlar Latviyanın hökumət mənbələrində yer alır.

Belə ki, Latviyanın İnvestisiyalar və İnkişaf Agentliyinin (İnvestment and Development Agency of Latvia-LİAA) Azərbaycanla Latviya arasında iqtisadi-ticarət əlaqələrinə dair hesabatına əsasən Bağırovlar bu ölkədə ən iri azərbaycanlı investorlar arasında yer alır.

Hüseynqulu Bağırovun ailə üzvlərindən Liana Bağırova da Latviyadakı azərbaycanlı investorlar sırasına yer alır, onun adı yuxarıda göstərilən şirkətlərin səhmdarı kimi göstərilir.
Bloqqer Cavanşir Həsənli araşdırmışdı ki, şəhadətnamə nömrəsi 09471905, ünvanı 85-87, Borough High Street, London, England olan bu şirkət vasitəsilə Bağırovlar ailəsi Londonda bir neçə daşınmaz əmlak alıblar. Və 2016-cı ildə bu şirkəti bağlayıblar. Başqa sözlə, şirkətin çirkli pulların leqallaşdırılması üçün açıldığını təxmin etməyə tutarlı şübhələr var.

Latviyanın biznes reyestrinin məlumatlarına əsasən Hüseynqulu Bağırovun qızı Sevinc Bağırova, bibisi qızı Aliyə Nuriyeva də həmin şirkətlərin investorları kimi qeydiyyatdan keçiblər.
"Stamina Hospitality Services” şirkətinin nizamnamə kapitalı 145 min 129 avro təşkil edir və şirkət 2012-ci ildə qeydiyyatdan keçib. Poçt ünvanı belədir: Aleksandra Čaka iela 24 - 6, Rīga, LV-1011. Digər mənbədə isə şirkətin ofis ünvanı belədir: Caunes 15, Riga, LV-1006, Latvia
Həmin hesabata əsasən Hüseynqulu Bağırovun daha bir ailə üzvü-bacısı Duriyə Nuriyevanın da Latviyada aktivləri var. O, "Nordfields Investments" adlı şirkətin səhmdarıdır. Bağırovların adında "Nordfields” sözü olan daha üç şirkəti İngiltərədə qeydiyyatdan keçib: NORDFIELDS MANAGEMENT LIMITED, NORDFIELDS HOSPITALITIES LTD, NORDFIELDS INVESTMENTS LIMITED.

Bağırovların "NORDİC STAMİNA” şirkətinin poçt ünvanı da "Stamina Hospitality Services”şirkətinin ünvanı ilə eynidir. Ancaq bu şirkətin nizamnamə kapitalı 2845 avrodur. 2011-ci il martın 23-də qeydiyyatdan keçib.
Qeyd edək ki, bir neçə il əvvəl Latviyanın "Parex Banka” adlı bankının Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarından çirkli pulların yuyulmasında iştirak etdiyi üzə çıxmışdı. Nəticədə Avropa Mərkəzi Bankı həmin bankın lisenziyasını ləğv etdi. Bankın Bakıda da lizinq və maliyyə xidmətləri göstərən şirkəti fəaliyyət göstərirdi. Görünür bu kimi pul yuma sxemlərində həm də keçmiş nazir Hüseynqulu Bağırovun əl izlərini axtarmaq lazım gəlirdi...

.

Latviyanın biznes reyestrinin məlumatlarına əsasən Hüseynqulu Bağırovun qızı Sevinc Bağırova, bibisi qızı Aliyə Nuriyeva də həmin şirkətlərin investorları kimi qeydiyyatdan keçiblər.

Bağırovların "NORDİC STAMİNA” şirkətinin poçt ünvanı da "Stamina Hospitality Services”şirkətinin ünvanı ilə eynidir. Ancaq bu şirkətin nizamnamə kapitalı 2845 avrodur. 2011-ci il martın 23-də qeydiyyatdan keçib.

(Keçmiş nazirin oğlu mərkəzdə, bayraqla)
Hüseynqulu Bağırov özü isə bu günlərdə yerli KİV-lərdən birinə müsahibəsində nazir vəzifəsində işləməyin özəllikləri və bu vəzifədən ayrılmasının səbəbləri barədə danışarkən demişdi: "Onu deyə bilərəm ki, stresslə dolu həyatdır. Səhhətimdə problemlər yarandı. Ölkə rəhbərinə müraciət etdim, Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram”.
Keçmiş ekologiya və təbii sərvətlər naziri düz deyir, doğrudan da streslə dolu həyat imiş...
