Abşeron rayon polis idarəsinin əməkdaşları şübhəli bilinən 3 nəfəri saxlayıblar.

ARB TV xəbər verir ki, Abşeron rayon polis idarəsinin əməkdaşları Fatmayi bağlar massisivində bağ evlarindən birini qarət etmə və qanunsuz olaraq narkotik maddə əldə etmə və saxlama əməllərində şübhəli bilinən 3 nəfəri saxlayıblar.

Onlar Fatmayi qəsəbə sakini 55 yaşlı Firuz Mikayılov, Ağdam rayon sakini 43 yaşlı Şahin Nəsirov və Laçın rayon sakini 40 yaşlı Bəhruz Behbudovdur. Oğurluq faktının əsas səbəbkarı da elə Bəhruz olub.

Bəhruz Behbudov – Saxlanılan şəxs: "Su matoru götürmək məqsədi ilə girmişdim. Biləndən sonra ki, evdə heç kim yoxdur turbayla reşotkanı qırdım. İçəri keçib televizor və 2 mator götürdüm. Götürdüklərimi pərdənin arasına qoyub, bükdüm. 2 – 3 dəfəyə gətirdim Şahingilin yaşadığı evin önündəki bağa”.

Götürülən malları isə Şahinin gözətçilik etdiyi yaşayış olmayan həyətdə gizlətmək qərarına gəlir. Və elə evə çıxıb getməklə də, bağ gözətçisi Şahinin necə deyərlər, badalağsız işini badalağa salıb. Əməliyyat tədbirləri keçirən polis əməkdaşları Şahin Nəsirovu mənzilində yaxalayıblar.

Şahin Nəsirov – Saxlanılan şəxs: "Mən də polis işçiləriylə həmin evə getdim. Qalan sumkanı da tapıb özüm gətirib verdim. Dedim ki, ola bilsin ki ora yığıb. Çünki bilir ki, ora mən baxıram. Orada bir neçə məhlə var ki, yaşayış yoxdur. Oralara mən baxıram. Sumkanı gətirib verəndə mənə dedilər ki, bizlə gedəcəksən”.

Polis əməkdaşları ilə bölməyə gələn oğurluq faktının daha bir qəhrəmanı taksi sürücüsü Firuz Mikayılovdur. Onu dəstə üzvləri ilə birləşdirən yeganə qara əməl oğurluq deyil, həm də narkotikdir. Çünki ağsaqqalın üzərinə baxış zamanı heroin də aşkarlanıb.

Firuz Mikayılov – Saxlanılan şəxs: "Televizor ustası dedi ki, gətir baxım, əgər yaxşıdısa, işləyirsa götürə bilərəm. Televizoru yoxlayan zaman polislər gəldi. Dedilər ki, televizor kimindi, sənədləri hardadır? Dedik ki, yoxdur. Bizi götürüb apardılar”.

Hər 3 şəxs əvvəllər də məhkum olunub.

Faktla bağlı Cinayət işi başlanıb, araşdırmalar davam edir.

Yenizaman.az




.