Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfərini təşkil edib.

Bu barədə qurumun rəsmi "X" hesabında paylaşım edilib.

"TİKA tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının valideynlərinin Çanaqqala və İstanbula səfəri təşkil edilir. 4 günlük səfərdə şəhid valideynləri Çanaqqala və İstanbulda muzeyləri ziyarət edəcək, Türk şəhid ailələri ilə görüşəcək",- paylaşımda bildirilib.

.