Uşağın valideynləri bir neçə ildir Kanadaya köçüb
Azərbaycanlı qız Kanadada 2017-ci ilin ilk doğulan uşağı olub.
Tiana Hacı yanvarın 1-i səhər saat 04:57 dəqiqədə Nyu-Uestminster şəhərində dünyaya gəlib. İstiPress "New Westminster Record"a istinadən xəbər veri ki, 3 kq çəkisi olan körpə, atası Araz Hacıyevin həyat yoldaşını Royal Columbian xəstəxanasına gətirəndən yarım saat sonra doğulub.
Tiana azərbaycanlı Araz Hacıyev və Latviyadan olan Mariya Sviskonun ailəsində 3-cü uşaqdır. Ailə Kanadaya bir neçə il əvvəl gəlib. 7 yaşlı Əli Mikayıl Azərbaycanda, 3 yaşlı Jael isə Kanadada dünyaya gəlib.
.
