Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında hərbi əməkdaşlıq müzakirə olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ABŞ-nin Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Daha sonra Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
.
