19 sentyabr 2023-cü il tarixində Azərbaycanın müzəffər ordusu üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı.

Bir gün ərzində ordumuzun peşəkarlığı və qətiyyəti nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Görülən tədbirlər nəticəsində isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyaraq təslim oldular.Bu gün əldə olunmuş razılaşmaya görə, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalıdır.

Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel şəkildə isə bütün silah-sursat və ağır texnika təhvil verilməlidir.Sentyabrın 21-də isə Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək. Görüşün gündəliyində isə onların “heç vaxt müzakirə mövzusu deyil” deyə söylədiyi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsi var.Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri ya ölkəmizin qanunları ilə yaşamalıdırlar, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar. İndi isə seçim onlarındır...

Bu gün hər bir azərbaycanlı kimi Yeni Zamanin  partiyasının  üzvləri də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun tarixi nailiyyətinə sevinir vətarixi Qələbə münasibətilə Ali Baş Komandan cənab İlham Əliyevi,müzəffər ordumuzu və xalqımızı təbrik edirik! İnanırıq ki,Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda, yəni öz ərazisində həyata keçirdiyi antiterror tədbirləri regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək.Ancaq çox təəssüf ki, heç bir savaş itkisiz olmur. Bu,  müharibənin acı qanunudur. Təsəllimiz və qürur yerimiz isə şəhidlərimizin qanını yerdə qoymamağımız, düşmən tapdağından xilas olan yurd yerlərimiz, hər yerdə yüksələn müqəddəs bayrağımızdır!                                                  
Allahdan bizə tarixi Qələbələri yaşadan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfalar diləyirik!

Yeni Zaman partiyasının sədri Musa Ağayev

.