Azərbaycanın İrandakı səfirliyinə hücum anının görüntüləri yayılıb.

Görüntülər Azərbaycan səfirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə əlində “Kalaşnikov” olan şəxsin rahat şəkildə səfirliyin binasına daxil olduğu və əməkdaşlara atəş açdığı, onun daha sonra səfirlik əməkdaşı tərəfindən zərərsizləşdirildiyi əks olunub.

Görüntülərdən də aydın olur ki, Tehranın polis rəisinin hadisənin səbəbləri barədə dedikləri yalandır.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.

 

 

.