Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 6 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”na İran İslam Respublikasındakı diplomatik nümayəndəliklər və konsulluqlar əlavə olunub.
Qərar 2026-cı il martın 1-dən tətbiq edilir və dekabrın 31-dək qüvvədə olacaq.
Qeyd edək ki, bu il fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
.
