Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan–Hindistan münasibətlərinin perspektivinə münasibət bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə Yalçın Rəfiyev deyib ki, Hindistan olduqca vacib ölkədir.

“Hindistan həm iqtisadi, həm də siyasi mövqe nöqteyi-nəzərdən inkişaf etməkdə olan ölkədir. Azərbaycan həmişə Hindistanla münasibətlərinə dəyər verib. Gərək hər iki dövlət eyni dərəcədə yanaşaraq münasibətlərini qursunlar”, - deyə nazir müavini vurğulayıb.

.