
Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin diplomatları təşkilatın Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.
Nümayəndəliyin müşaviri Hüsniyyə Məmmədova "Dövlət və investorlar arasında tərəfdaşlıq münasibətlərinin yenidən düşünülməsi: davamlı inkişaf sahəsində inklüziv dəyişikliklər üçün sistemli maliyyələşdirmə" mövzusunda tematik iclasda məruzə ilə çıxış edib.
H.Məmmədova Azərbaycanın innovativ yanaşmasını vurğulayıb: "Ölkəmizdə pərakəndə layihələrdən dövlət büdcələrini, güzəştli kreditləri və özəl tərəfdaşlığı səmərəli şəkildə birləşdirən inteqrasiya olunmuş layihələrə strateji keçid baş verib. Bu cür sinerji enerji və sosial infrastruktura uyğunlaşdırılmış investisiyaları həyata keçirməyə imkan verir".
Daimi nümayəndəliyin birinci katibi Şəhriyar Haciyev "İnsan hüquqlarının təşviqi və müdafiəsi" iclasında çıxış edib.
.