"Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları" yeni redaksiyada təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edilməsinə, o cümlədən texniki qurğular və avadanlıqlar tətbiq edilməklə su obyektlərindən suyun götürülməsinə görə ödənişlər həyata keçirilir və ödənişlər Azərbaycan Dövlət Su Ehtiyatları AgentliyiN (ADSEA) xəzinə hesabına köçürülür.

 

.