Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıdakı xəstəxanalardan birində, koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.

TV əməkdaşları xüsusi geyimlərlə şöbədəki xəstələrlə görüşüb, onlarla həmsöhbət olublar. Videosüjet AzTV-nin yeni layihəsi olan "#Evdəqal" verilişində yayımlanıb.

Qeyd edək ki, REAL TV də koronavirus xəstələrinin saxlanıldığı Xüsusi karantin xəstəxanasından reportaj hazırlayıb.

Trend oxuculara həmin reportajları təqdim edir.


.