Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, 9999 nəfər vəfat edib, aktiv xəstə sayı 623 nəfərdir.

Ölkədə son sutka ərzində 2 707, hazırkı dövrədək isə 7 412 931 test aparılıb.

.