Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 355 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 59, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.

.