Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38436 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33435 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 114 431, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 239 838, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 746 927, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 127 666 təşkil edir.

.