Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılması üçün texniki şərtlər hazırlanır.

Bu barədə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə. İsmayılovun sözlərinə görə, mütəxəssislər innovativ olaraq, artıq MEDİA ilə birlikdə işləyir: "Şərtlər toplusu hazır olduqdan, müvafiq qaydada tenderlər həyata keçirildikdən sonra qısa müddət ərzində “e-kiosk”, yaxud “e-qəzet” formatında olması düşünüləcək belə bir platformanı cəmiyyətin, ictimaiyyətin istifadəsinə verəcəyik".

Əhməd İsmayılov: ""Diffamasiya haqqında” qanunun hazırlanması ilə bağlı araşdırma aparılır"

""Diffamasiya haqqında” qanunun hazırlanması ilə bağlı araşdırma aparılır".

Bunu Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov deyib.

Ə. İsmayılov bildirib ki, lazım gələrsə, bununla bağlı Baş Prokurorluqla məsləhətləşmələr aparılacaq.

Ə. İsmayılov qeyd edib ki, jurnalistlər də digərləri kimi cinayət törədirsə, məsuliyyətə cəlb olunmalıdır.

.