Bu ilin yanvar ayı ərzində Azərbaycana 46 793,94 min ABŞ dolları dəyərində 2 438,58 ton əczaçılıq məhsulları idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, 2021-ci ilin eyni ayı ilə müqayisədə idxalın dəyəri 11,5% artıb, həcmi isə 26,5% azalıb.

Qeyd edək ki, yanvar ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,8%-nə bərabər olub.

.