Biz Hakan Fidanla hər bir fürsətdən istifadə edərək beynəlxalq tədbirlərdə tez-tez görüşürük, telefonla əlaqə saxlayırıq.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, Havan Fidanın növbəti səfər əlaqələrimizin nə qədər geniş spektrli olmasının göstəricisidir:

“Bu il Heydər Əliyevin, qardaş Türkiyədə isə Cümhuriyyətin 100 illiyidir. Bu il münasibətlərimizdə də çox zəngin olub. Tarixlərimizin ortaq mədəniyyəti, dilini və digər sahələrini əhatə edir, liderlərimizin qardaşlıq münasibətləri, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan-türkiyə münasibətlərinin tarixi zirvədə olmasını qeyd etsək, yanılmarıq”.

.