Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı Səfirliyinin böhran şəraiti səbəbilə bağlanmasına baxmayaraq, vətəndaşların təxliyəsi davam etdirilir. Nazirlik rəsmisi, bu günədək yüzlərlə vətəndaşın Azərbaycana təxliyə olunduğunu bildirib.

“Hazırda böhran vəziyyətidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi Azərbaycana təxliyə olunub. Ancaq biz bacardığımız qədər İrandakı vətəndaşlarımıza konsulluq xidməti göstərməyə davam edirik. Biz yüzlərlə Azərbaycan vətəndaşının İrandan çıxmasını təmin etmişik. Müraciətlər nazirliyə daxil olduğu halda, bu müraciətlər təmin olunur. Hazırda vətəndaşlarımızın İrandan təxliyəsi üçün zəruri tədbirlər davam edir. Həm İrandan, həm də Azərbaycanda yaşayan İrandakı vətəndaşların yaxınları tərəfindən edilən müraciətlərə baxılır”, - nazirlik rəsmisi qeyd edib.

.