
“Regional təhlükəsizlik, yeni Suriya hakimiyyətinə Türkiyənin dəstəyi məsələləri də görüşümüzdə müzakirə olundu”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, bu gün Qəzzada atəşkəsə nail olması mühüm hadisədir: “Azərbaycan iki dövlətli həll yolunu dəstəkləyir”.
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşdırması barədə də türkiyəli həmkarını məlumatlandırdığını bildirib.
.