Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının son iclasında 2026-cı il üçün 110 maddədən ibarət fəaliyyət planı hazırlanıb.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" Forumunda bildirib.

"Biz də nazirliklərimizlə birlikdə bu fəaliyyət planının icrasını yaxından izləməyə çalışacağıq. Həm dövlət xidmətlərinin təkmilləşdirilməsi, həm də iqtisadi səmərəliliyin artırılması baxımından böyük əhəmiyyət daşıyan rəqəmsal transformasiya (rəqəmsallaşma), süni intellekt, informasiya və maliyyə texnologiyaları sahələrində əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə fəaliyyət planımızda geniş yer ayrılıb. Bügünki forumda həm dövlət, həm də özəl sektorun bütün iştirakçılarının birgə baxışımızı bölüşdüyünü görmək bizi çox məmnun edir. Əməkdaşlığı ön plana çəkən bu prosesdə hər zaman yanınızdayıq", - deyə o qeyd edib.

.