Azərbaycan və İraq iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İraqın ticarət naziri Atir Əl-Qurayr (Atheer Al-Ghurairi) ilə görüşməkdən şadam. Görüş zamanı Azərbaycan və İraq arasında iqtisadi və ticarət əməkdaşlığı, daha da gücləndirilməsi yolları barədə məhsuldar müzakirələr apardıq", - paylaşımda qeyd edilib.

.