Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO Baş Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar istiqamətlərini müzakirə edib, həmçinin regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlıq üçün möhkəm təməl yaradır.

Görüşdə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.

.