Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsini müzakirə etmək üçün sentyabrın sonuna qədər görüşəcək.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

“Demarkasiya prosesinə start verilib, paralel olaraq sülh müqaviləsinin müzakirə olunduğu görüşlər keçirilib”, - o qeyd edib.

Erməni nazir görüşün yerini açıqlamayıb.

.