Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu və ermənistanlı həmkarı Ararat Mirzoyanla üçtərəfli ayaqüstü qısa söhbət edib.

Polşada səfərdə olan XİN başçıları sessiyanın başlamasından öncə qısa söhbət ediblər.

Söhbət əvvəlcə Mövlud Çavuşoğlu və Ararat Mirzoyan arasında olub.

Daha sonra XİN başçısı Ceyhun Bayramov da söhbətə qoşulub.

Nazirlərin bir neçə dəqiqə çəkən üçtərəfli ayaqüstü görüşü zamanı nəyi müzakirə etməsi məlum deyil.
 

.