Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə Azərbaycanın son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və başqa sahələrdə əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır.

Bunu Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı və Türk Dünyası İş Forumunun iqtisadiyyat və ticarət üzrə məsul nazirləri və digər vəzifəli şəxslərinin toplantısında çıxışı zamanı bildirib.

“Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir”, - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, türkdilli dövlətlərlə Azərbaycanın tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir.

.