Azərbaycan və RF əməkdaşlığının prioritet sahələrinə Rusiyanın neft-qaz sənayesi məhsullarının ixracı kimi əsas sfera aiddir.

Bunu Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.

Onun sözlərinə görə, əməkdaşlığın prioritet sahələri arasında maşınqayırma, avtomobil, vaqon istehsalı, əczaçılıq, metal emalı sənayesi, aqrar, meşə sənayesi və Azərbaycan bazarında məhsullarına tələbat olan digər sahələri göstərmək olar.

N.Quliyev bildirib ki, rusiyalı ixracatçılar Azərbaycan bazarına tarixən potensial maraq göstəriblər.

Nümayəndəliyin rəhbəri vurğulayıb ki, bu, bir sıra meyarlarla şərtləndirilib: "Bu meyarlardan ən əsası RF ilə Azərbaycan arasında rüsumsuz ticarətin nəzərdə tutulduğu azad ticarət haqqında 1992-ci il 30 sentyabr tarixli sazişdə qeyd olunmuş azad ticarət prinsipidir. Əlbəttə ki, bu, qiymət formalaşması baxımından Rusiya məhsulunun cəlbediciliyinə təsir göstərir. Bu amil Rusiyanın müxtəlif sahələrə aid məhsullarının Azərbaycan bazarında maksimum rəqabətqabiliyyətli qalmasına və tələbata cavab verməsinə imkan yaradır".

O qeyd edib ki, ölkələr arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsində əlavə güclü vasitə Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar şuralarıdır:
.