
Şimal-Cənub Dəhlizi boyunca qeyri-fiziki maneələrin aradan qaldırılması ən mühüm addımlardan biridir.
Bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.
O bildirib ki, bəzi məlumatlara əsasən, yük maşınları qarşı tərəfdə gündəlik qəbul məhdudiyyəti səbəbilə sərhəddə növbələrlə gözləməli olurlar: “Bunu növbə sistemlərinin tətbiqi azalda bilər. İran hazırda müxtəlif sərhədlərdə bu infrastruktur və sistemləri inkişaf etdirir. İran-Azərbaycan-Rusiya- Hindistan arasında gömrük əməkdaşlığına dair anlaşma Memorandumunun layihəsi artıq tərəflərə yönləndirilib. Təklif edirəm ki, artıq bu sənəd qısa müddət ərzində yekunlaşdırılıb imzalansın. Bundan əlavə ixracat və tranzit əməliyyatlarında mallar və nəqliyyat vasitələri barədə gömrükxanalarda elektron məlumat mübadiləsi üçün 3 ölkə arasında texniki əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılsın və bu istiqamətdə daimi görüşlər keçirilsin”.
.