Zəngilan şəhərində keçirilən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində sənədlərin imzalanma mərasimi baş tutub.
Sənədləri iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Sənədlər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
.
