Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilan şəhərində aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.


Zəngilan rayonunda səfərdə olan Hökumətlərarası Komissiyasının üzvləri rayon mərkəzinə baş çərək orada aparılan quruculuq işləri ilə yaxından tanış olublar.


Qonaqlara məlumat verilib ki, Zəngilan şəhərinin təsdiq edilmiş ümumi Baş Planına uyğun olaraq şəhərdə daxili yol-kommunikasiya şəbəkəsi, yaşayış kompleksləri və 1 inzibati bina, məktəb, uşaq bağçası, rayon mərkəzi xəstəxanası tikilir.


Yaşıllıq zonası ilə əhatə olunan ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 2, 3, 4 və 5 otaqdan ibarətdir.


Bildirilib ki, məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilir.


Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastruktur binaları eləcə də, yeni Zəngilan məscidi şəhərin müasir yaşayış məskəni olaraq simasını formalaşdıracaq

.