"Azərbaycan-Rusiya enerji əməkdaşlığı üzrə işçi qrupunun görüşü oktyabrın 5-6-da Enerjihəftəsi çərçivəsində Moskvada keçiriləcək".
Bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda bildirib.
Nazir müavini enerji sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində Azərbaycan və Rusiya arasında yeni elektrik ötürücü xətlərinin birgə tikintisinin mümkünlüyünü bildirib və qeyd edib ki, hazırda bu istiqamətdə Rusiya tərəfi ilə danışıqlar aparılır.
"Bu, iştirakçısı Azərbaycan, Rusiya və İran olan "Şimal-Cənub" yeni dəhlizinin yaradılmasına xidmət edə bilər", - o əlavə edib.
Bundan başqa, S.Vəliyev bu ilin iyul ayında Mingəçevir Su Elektrik Stansiyasında baş vermiş qəza nəzərə alınaraq yeni xətlərin tikilməsinin zəruriliyini vurğulayıb.
.
