Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında bildirib.

“Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident: Azərbaycan-Bosniya və Hersoqovina əlaqələri bundan sonra yüksələn xətlə inkişaf edəcək

İlk növbədə, mənə göstərdiyiniz qonaqpərvərliyə görə, sizə təşəkkürümü bildirmək istəyirəm. Mən gözəl ölkənizdə olmağımdan çox məmnunam.

Bunu Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Sizin qeyd etdiyiniz kimi, biz sizinlə bir ay yarım əvvəl Bakıda görüşmüşdük və siz məni ölkənizə dəvət etmişdiniz. Bu gün geniş fikir mübadiləsi əsnasında biz Bosniya və Hersoqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək”, - Prezident vurğulayıb.

.