"Üzən məzənnəyə keçid istiqamətində işlər görülür".
Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
"Bildirmək istəyirəm ki, dünyada üzən məzənnə rejimi olan ölkələr azdır. Bizim planlarımız var. Üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır. Bunun üçün ixrac şaxələndirilməlidir. Valyutaya tələb olan idxalçılar var. Üzən məzənnə o deməkdir ki, məzənnə tələb və təklif ilə formalaşsın. Üzən məzənnə üçün liberal, şaxələnmiş valyuta bazarı mövcud olmalıdır. Son dövrlərdə aparılan işlər nəticəsində orta müddətli dövrdə şaxələnmiş valyuta bazarı yaradıla bilər. Buna uyğun şəkildə biz paralel digər tədbirləri reallaşdırmaqla üzən məzənnəyə keçə bilərik", - deyə E.Rüstəmov bildirib.
Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.
Elman Rüstəmov məlumat verib.
"Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya ya bir qədər yüsəldici təsiri var. Lakin düşümürük ki, bütövlükdə infltasiyanın hədəf dəhlizindən(6-8%) kənarlaşdıra bilər. Düşünürü ki, təsiri çox minimal olacaq."
O qeyd edib ki, inflyasiyanın əsas amili məzənnə sabitliyi idi.
"Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Pul küləsini optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasinın idarə olunmasında mühüm ro oynayıb."
O bildirib ki, uçot dərəcəsinin yumşalması inflyasiyadan qaynaqlanmaqla monetar şəraitinin ymşalması, kredit aktivliyinin bərpasına yönəlib. Onun siqnal effekti yüksəkdir. Siqnal effekti maliyyə sektoru üçün ondan ibarətdir ki, əmanət, kredit faizlərinin formalaşmasına təsir edir. Monetar şəraitinin yumşaldıması maktroiqtisadi sabitliyin formalaşmasında mühüm ro oynayır."
