Azərbaycan mayın 18-də “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalında 14-cü çıxış edəcək.

Bu barədə müsabiqənin rəsmi saytında qeyd olunur.

İlk üç iştirakçı Litva, Sloveniya və Rusiya təmsilçiləri olacaq.

Birinci yarımfinalda Azərbaycandan başqa 15 ölkə iştirak edəcək.

“Eurovision-2021”in ikinci yarımfinalı 17 ölkənin təmsilçilərinin iştirakı ilə 20 mayda baş tutacaq.

Müsabiqənin mayın 22-də keçiriləcək finalında 26 ölkə iştirak edəcək.

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə ləğv edilən yarışma Rotterdamda “Ahoy Arena”da keçiriləcək.

Qeyd edək ki, ölkəmizi “Mata Hari” mahnısı ilə Samirə Əfəndi təmsil edəcək.

.