Niderlandın Rotterdam şəhərində “Avroviziya-2021” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Azərbaycanın ifası finala vəsiqə qazanıb.

 

 

.