Azərbaycan-İran sərhədində yaranan mövsümi növbələrin aradan qaldırılması üçün təkliflər hazırlanıb.
Bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitənin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı razılıq əldə olunub. "İran tərəfi 24 saatlıq iş rejiminə keçməklə bağlı öz təklifini bildirib. Biz də müraciət etmişik ki, Gömrük Komitəsinə müvafiq kadr sahəsində, bu istiqamətdə kadrların artırılması istiqamətində köməklik lazımdır,” – deyə A. Əliyev qeyd edib.(apa)
