
Bu ilin on ayında Azərbaycan Rusiyaya 450 mln. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.
Onun sözlərinə görə, ixrac mallarına əsasən pomidor, alma və digər meyvə-tərəvəzlər daxil olub.
Bundan əlavə, Ş. Mustafayev bildirib ki, Azərbaycan sözügedən məhsulların ixracı və istehsalı üzrə xüsusi proqram üzrə işlər aparır və bunun sayəsində ixrac həcmləri artır.
.