Azərbaycan və Belarusun iş adamları Türkiyədə traktor istehsalı ilə məşğul olacaq zavod açmağa hazırlaşırlar.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 11-ci iclasından əvvəl bildirib.

O, Azərbaycan-Belarus birgə müəssisənin gələn ilin I rübündən istehsala başlayacağını qeyd edib: "Traktor zavodu ilə bağlı işlər hazırda son mərhələdədir. Gələn ilin I rübünün sonuna qədər ilk yığımı həyata keçirməyi planlaşdırırıq. Zavodda ilkin mərhələdə ildə 2 500 ədəd traktor yığılacaq. Tədricən bu rəqəm 5 000-ə çatdırılacaq".
.