İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır.

Bu, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının persona non grata elan edilməsi ilə bağlı İran Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli iddialarına dair şərhində qeyd edilib.

“Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir”,- Ayxan Hacızadə bildirib.

.